Dünya

Ərdoğan haqlıdır, ancaq imkan verməyəcəklər - Suhankin

21 Oktyabr 2021 12:38
0 Şərh     Baxış: 1 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Düşünürəm ki, belə bir islahata ehtiyac var. Son otuz ildə dünyada bəzi dərin dəyişikliklər baş verdi və BMT Təhlükəsizlik Şurasının hazırkı tərkibi bu dəyişikliklərin mahiyyətini əks etdirmir.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin eksperti, Barselona Beynəlxalq Araşdırmalar İnstitutunun üzvü Sergey Suhankin BMT Təhlükəsizlik Şurasındakı veto hüququna malik dövlətlərin sayının artırılma ehtimalından danışarkən deyib.

Onun sözlərinə görə, BMT-nin indiki vəziyyəti İkinci Dünya müharibəsindən sonrakı dövrə daha çox uyğundur, nəinki XXI əsrə:

"Bəzi güclü, nüfuzlu regional oyunçuların, o cümlədən, Türkiyə, Hindistan və Yaponiyanın (bir neçə başqasının da adını çəkmək olar) kənarda saxlanılması qlobal böhranlar və transmilli problemlərlə effektiv və təsirli üsullarla məşğul olmağa imkan vermir. Türkiyə Prezidenti gizli bir motivi olmuş olsa da, bu məsələdə haqlıdır. Dünyada sürətlə artan islam əhalisi açıq şəkildə BMT Təhlükəsizlik Şurasında təmsil olunmur, bu problem qlobal bir institusional səviyyədə həll edilməlidir. İslam dünyasındakı bu narahatlıq aradan qaldırılmalıdır, ancaq təkcə veto mexanizminin dəyişdirilməsinin ideal bir vasitə olduğuna əmin deyiləm - bu ayrı bir müzakirə mövzusudur".

Mütəxəssis hansı ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri səviyyəsinə yüksəlməli olduğundan da danışıb:

"Türkiyə bu siyahıda olmalıdır, potensial olaraq İran da siyahıya daxil edilə bilər (bu addım müxtəlif səbəblərdən əhəmiyyətli olardı). Siyahıya Hindistan, Yaponiya, Almaniya və Braziliyanı da əlavə etmək olar. Daimi üzv olaraq BMT TŞ-də bir Afrika ölkəsinin (Qara Afrika) təmsil olunması da yaxşı olardı, lakin bütün regional oyunçuların qarşılaşdıqları çətinliklərin sayı və xarakterini nəzərə alarsaq, belə bir seçim masadan kənarda görünür", - deyə ekspert bildirib.

Mütəxəssis sözügedən dəyişikliklərin yaxın gələcəkdə baş tutacağından əmin olmadığını da vurğulayıb:

"Rusiya da daxil olmaqla, bəzi aktorlar, onlara "dost olmayan" dövlətlərin veto hüququna malik daimi üzvlər sırasına daxil edilməsinə qarşı çox mənfi mövqe tutacaqlar".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.