Dünya

Ankara Avropa Komissiyasının Türkiyə ilə bağlı hesabatını rədd edib

20 Oktyabr 2021 08:04
0 Şərh     Baxış: 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Komissiyasının 2021-ci il üçün Avropa İttifaqının (Aİ) genişləndirilməsi strategiyasına dair hesabatının Türkiyəyə həsr olunmuş hissəsini tənqid edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, XİN-dən bildirilib ki, sənədə Ankaranın Aİ ilə yüksək səviyyəli dialoqa başladığı və blokla daha müsbət siyasi gündəm hazırlamağa çalışdığı bir vaxtda, Aİ-nin Türkiyə qarşısındakı öhdəliklərə məhəl qoyulmur:

"Ankara Aİ-nin səlahiyyətlərinə daxil olmayan mövzularda tutarsız və qərəzli Yunan-Kipr tezislərini özündə ehtiva edən Avropa Komissiyasının hesabatını rədd edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.