Dünya

“Sapı özümüzdəndir” atalar sözü kosmosa göndərildi

19 Oktyabr 2021 23:47
0 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NASA 12 il davam edəcək Yupiter missiyasına start verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, NASA-nın Yupiterə göndərdiyi kosmik gəmi olan "Lucy"yə aralarında Orhan Pamukun da olduğu bir çox yazarlar, alimlər və mütəfəkkirlərdən sitatların olduğu lövhə yerləşdirilib.

Sitatlardan biri O.Pamukun "Qara Kitab"ındandır:

"Daha çox sevmək, daha çox gülmək, daha çox düşünmək istərdik. Daha çox görmək, daha çox anlamaq, daha çox etibar etmək istərdik. İndi bizə qalanlar bu istəklər və bu kəlmələrdir. Könül rahatlığı, röyalar, yuxu və öpüşlər vardı. İnsanlar, meyvələr, kağız və qələmlər də vardı. Çünki heç bir şey həyat qədər heyrətamiz ola bilməz. Bəli, təbii ki, tək təsəlli yazı istisna olmaqla".

Lövhədə türk dünyasında geniş yayılan "Ağaca balta vurublar, "sapı özümüzdəndir" deyib" atalar sözü ingilis dilində yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.