Dünya

Koronavirusdan ölüm və nəbz arasında əlaqə müəyyən olundu

19 Oktyabr 2021 18:36
0 Şərh     Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19 ilə xəstəxanaya yerləşdirilən xəstələrdə arteriyalarda nəbz dalğasının yayılma sürətinin yüksək olması, daha yüksək ölüm riskinin göstəricisi ola bilər.

Britaniyadan və İtaliyadan olan bir qrup alim tərəfindən  aparılan araşdırmada bu məlum olub.

Tədqiqatlara görə, nəbz dalğasının sürəti 13 m/s -dən yüksək olduqda ölüm ehtimalının artdığı düşünülür. Gənc və orta yaşlı insanlar üçün nisbətin normal olaraq 5.5-8 m/s olduğu düşünülür. Yaş keçdikcə damar divarlarının elastikliyi azalır və nəbz dalğasının sürəti artır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, elm adamları koronavirus xəstələrinin nəticələrini proqnozlaşdırmaq üçün bu göstəricidən istifadə etdilər.

Məlum olub ki, yoluxmuş şəxsdə nəbz dalğasının sürəti sağlamlara nisbətən orta hesabla 1,89 m/s daha yüksəkdir. Koronavirusdan ölənlərin göstəriciləri  isə xəstəlikdən sonra sağ qalanlardan daha yüksək 1.89 m/s yüksək olub. Elm adamlarına görə, nəbz dalğasının sürətinin 1 m/s artması ölüm ehtimalını 14% artırır.

Araşdırmada o da məlum olub ki, nəbz dalğasının sürəti koronavirusun səbəb olduğu kəskin iltihab vəziyyətində də yüksəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.