Dünya

Astronomlar ilk dəfə sayrışan ağ cırtdan ulduz aşkarlayıblar

19 Oktyabr 2021 08:12
0 Şərh     Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Darem Universitetinin alimləri olduqca sürətli dövri parlaqlıq dəyişikliklərinə malik ağ cırtdan ulduz aşkarlayıblar.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə məqalə "Nature Astronomy" jurnalında dərc olunub.

Qeyd edilir ki, ağ cırtdan ulduzlar termonüvə yanacaqları tükənmiş, lakin kütləsi neytron ulduzuna çevrilmək üçün kifayət etməyən köhnə ulduzlardır. Onlar 0,08-12 Günəş kütləsi olan ulduzlara çevrilə bilər.

Yeni ağ cırtdan ulduzu Simon Skarinqin rəhbərliyi altında astronomların komandası müşahidə edib. Səma cismi "TW Pictoris" sistemindədir. Materiyanın bir ulduzdan digərinə keçməsi bir neçə gündən bir aya qədər davam edən parlaqlıq dəyişiklikləri ilə müşayiət olunur.

Alimlər "Transiting Exoplanet Survey Satellite" teleskopunun köməyi ilə müşahidə etdikləri ağ cırtdanın parlaqlığının təəccüb doğuran sürətlə dəyişdiyini qeydə alıblar. Bildirilir ki, o, parlaqlığını yarım saat ərzində üç dəfə dəyişə bilər.

"TW Pictoris" sisteminin ağ cırtdan ulduzu rekord vaxtda iki parlaqlıq rejimi arasında dəyişir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.