Dünya

Səfirləri Türkiyə XİN-ə çağırılıb

19 Oktyabr 2021 07:35
0 Şərh     Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Ankaradakı səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici Nazirliyində olan mənbələrdən bildirilib.

Məlumata əsasən, diplomatlar Osman Kavalanın mühakiməsi ilə bağlı sosial şəbəkələrdə səsləndirdikləri ifadələrlə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə dəvət edilib. O.Kavala 2016-cı ilin iyulunda FETÖ terror təşkilatı tərəfindən Türkiyədə çevriliş cəhdində iştirak etməkdə ittiham olunur.

Diplomatlar O.Kavalanın azadlığa buraxılmasını tələb edərək, onun məhkəməsinin guya "Türkiyədə demokratiyaya və qanunun aliliyinə kölgə saldığını" deyiblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.