Dünya

ABŞ-da snayper tüfəngli robot it yaradılıb

17 Oktyabr 2021 09:40
4 Şərh     Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Ordu Assosiyasiyasının illik konfransında snayper tüfəngi ilə silahlanmış döyüş it-robotunun prototipi təqdim edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fox News telekanalı xəbər verib.

Amerikanın "Ghost Robotics" şirkətinin dörd ayaqlı ixtirasının "xüsusi təyinatlı pilotsuz tüfəng" (SPUR, Special Purpose Unmanned Rifle) ilə təchiz olunduğu məlumdur. Şirkət robotu "ordunun ən yaxşı dostu" adlandırıb.

Tüfəng hazırlayan "SWORD International" şirkətinin veb saytında silahın dörd ayaqlı Ghost Robotics Vision-60 kimi pilotsuz platformalardan yüksək dəqiqliklə atəş açmaq üçün yaradıldığı bildirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.