Malayziya ölkədə vaksinasiyanın səviyyəsini nəzərə alaraq məhdudiyyətləri azaldır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Malayziya hökuməti ölkədə tam vaksinasiyanın yaşlı əhali arasında 90 faizə çatmasını nəzərə alaraq məhdudiyyətləri, xüsusən də ölkə daxili səfərlərə qadağanı yumşaldacaq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Malayziyanın Baş naziri İsmail Sabri Yakob televiziya ilə çıxışında bildirib. Baş nazir qeyd edib ki, oktyabrın 11-dən başlayaraq koronavirusa qarşı vaksinin hər iki dozasını alan şəxslərə ştatlararası səfərlərə icazə veriləcək.
Xatırladaq ki, Malayziyada həmin səfərlərə yanvarda, COVID-19-a yoluxanların sayı kəskin artdığı zaman qadağa tətbiq edilmişdi. Bu səfərlərə yalnız polisin xüsusi icazəsi ilə çıxmaq olardı.
Baş nazir bildirmişdi ki, vaksinasiyanın sayı 90 faizə çatdığı və xəstəxanalarda vəziyyət yaxşılaşdığı təqdirdə səfərlərə məhdudiyyətlər aradan qaldırılacaq. Bazar günü ölkənin Səhiyyə Nazirliyi yaşlı əhali arasında tam vaksinasiyanın arzu edilən həddə çatdığını bildirib.
İsmail Sabri Yakob, həmçinin qeyd edib ki, tam vaksinasiya almış malayziyalılar bundan sonra immiqrasiya bürosundan xüsusi icazə almadan xaricə səfərlər edə bilərlər. Lakin həmin şəxslər ölkəyə qayıtdıqdan sonra karantində qalmalıdırlar.
"Bütün yumşaltmaların arxasında bizim COVID-19 virusu ilə birlikdə yaşamaq məcburiyyəti faktı dayanır", - deyə Baş nazir bildirib. O, həmçinin əhalini ehtiyatlı olmağa, səfərə çıxmazdan əvvəl lazımi yoxlamalardan keçməyə çağırıb.
Sərhədlərin açılmasına baxmayaraq, hökumətin əcnəbi turistlərin ölkəyə gəlməsinə icazə verilməsi məsələsini hələlik araşdırdığı da qeyd edilir. Hazırda əcnəbilərin ölkəyə yalnız işgüzar və ya xidməti məqsədlə gəlməsinə icazə verilir.
Əlavə olaraq qeyd edək ki, hazırda Malayziyada gündəlik yoluxma sayı ötən həftə qeydə alınan 10 min nəfərdən aşağı enib. Bazar günü virusdan 74 nəfərin həyatını itirdiyi bildirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bitkoinin qiyməti görün hardan hara düşdü
-
İranlı futbolçulara ABŞ vizası verilib
-
ABŞ Hörmüzdə İranın 4 PUA-sını məhv etdi
-
Lionel Messi DÇ-2026-da oynamayacaq?
-
İrandan Azərbaycana gizli keçmək istəyənlər tutuldu
-
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
-
Qazın qiyməti UCUZLAŞDI
-
39 nəfər üzərində sınaq başladı: Bu peyvənd dünyanı dəyişə bilər
-
Neftdən gələn xəbər bazarları hərəkətə gətirdi
-
Trampın Qəzza planı niyə çökür?
-
Kuril adalarında güclü zəlzələ baş verib
-
Kənd yumurtasını mağaza yumurtasından ayırmağın yolları
-
Ağırlıq qaldıranlar daha uzunömürlü olur
-
Mətanətdən Vüqar Muradova ağır sözlər
-
Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
-
Bu resepti bilənlər artıq dondurma almır
-
Kilosu 10 manata olan kartof - Batat hansı xəstəliklərdə faydalıdır?
-
Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil
-
Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
-
Ozan Akbaba həyat yoldaşı ilə - FOTO
-
Mərkəzi yoldakı keçidin eskalatorları işləmir - VİDEO
-
Yazılan mesajlar yoxa çıxacaq - “WhatsApp”dan YENİ FUNKSİYA
-
Nigar Camal tələbəlik illərinə qayıtdı – FOTO
-
Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır





