İtaliyanın kurort qəsəbəsində 1 avroya ev satılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliyanın paytaxtı Romadan təxminən 150 kilometr uzaqlıqdakı Abruzzo bölgəsinin Pratola Peligna qəsəbəsindəki evlər bir avroya satışa çıxarılıb.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, xizək kurortlarının yaxınlığında yerləşməsi və özünəməxsus mənzərəsi ilə məşhurlaşan qəsəbədəki 630 binadan 250-si satılacaq. Bu addım atmaqda ən başlıca səbəb qəsəbənin əhalisinin 7 min nəfərdən aşağı düşməsi və bölgənin canlandırılmasıdır. 1930-cu illərdə qəsəbədə təxminən 13 min nəfər yaşayıb.
Bələdiyyə məclisinin üzvü Paolo Di Bacco deyib:
"Qəsəbədəki təxminən 630 boş evdən 250-si bir avroya satıla bilər. Məqsədimiz müəyyən vaxt ərzində evlərin hamısında yaşayışı təmin etmək və onları əvvəlki gözəlliyinə qovuşdurmaqdır".
Di Bacco satış prosedurlarını sürətləndirmək və alıcıları maksimum 3 il ərzində yeni evlərini tez bir zamanda qurmağa təşviq etmək üçün yeni qaydaların tətbiq edildiyini söyləyib. O, evlər üçün depozitin tələb olunmadığını, lakin mülk sahibləri 6 ay ərzində tikinti işlərinə başlamayacaqları təqdirdə, onları 10 min avro cərimənin gözlədiyini bildirib.
Satışa çıxarılan evlər Pratola Peligna bələdiyyəsinin veb-saytına müntəzəm olaraq yüklənir.
Qeyd edək ki, qəsəbədə yaşayan yerli əhali böyük şəhərlərə köçüb, 2009-cu ildə baş verən zəlzələdə isə buradakı evlərin vəziyyəti daha da pisləşib. Lakin orta əsr memarlığının üstünlük təşkil etdiyi qəsəbə Alp dağlarının xizək yamaclarına yaxınlığı səbəbindən turistləri cəlb etmək potensialına malikdir.
Xatırladaq ki, daha əvvəl İtaliyanın müxtəlif bölgələrində də bu kimi addımlar atılmış, evlər bir avroya satışa çıxarılmışdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
-
General-polkovnik şəhid övladları ilə bir arada: Çövkən üzrə Dünya Çempionatı başladı - FOTO
-
İlkin nəticələr açıqlandı - Paşinyanın partiyası öndədir
-
“Neftçi” bu legionerlə yollarını ayırdı
-
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb - VİDEO - FOTO
-
"Barselona" Yamala şərt qoydu
-
Azərbaycanlı şagird “WhatsApp”a bənzər tətbiq yaratdı
-
Millimiz dünya çempionatının yarımfinalında məğlub olub
-
İran millisindən yekun qərar - ABŞ-də qalmaq olmayacaq
-
İrəvanda saxlanılanların sayı artdı
-
Süni intellekt 1,3 milyard insan susuz qoya bilər
-
Ermənistan prezidenti səs verdi
-
Ən pis 2 yapon markası AVTOMOBİL
-
DÇ-2026-da ehtiyat oyunçularla bağlı qeyri-adi qərar
-
"Elə bil bunların atalarınındır"
-
Ronaldu antirekordunu təkrarladı
-
Zaporojyeyə hücum - azı 3 nəfər ölüb
-
Bu xəstəliklərin müalicəsi məcburidir, CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ
-
Azərbaycanda zəlzələ oldu
-
Gözəllik arzusu həyatını MƏHV ETDİ: 6 ildir əzab çəkir
-
Azərbaycanlı aparıcı ilk dəfə anasını paylaşdı - FOTOlar
-
Alman avtomobil nəhəngləri böhran içində
-
Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar - FOTO
-
Roman Abramoviç niyə Zelenski ilə görüşdü?





