Dünya

Zukerberq "Facebook" istifadəçilərindən üzr istədi

5 Oktyabr 2021 08:03
0 Şərh     Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" şirkətinin sahibi Mark Zukerberq ötən gün kütləvi sosial şəbəkələrdə müşahidə edilən kütləvi problemlərlə əlaqədar istifadəçilərdən şəxsən üzr istəyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə M.Zukerberq özünün "Facebook" səhifəsində yazıb.

Şirkətin sahibi bildirib: "Facebook", "Instagram", "WhatsApp" və "Messenger" yenidən onlayn fəaliyyətə qayıdır. Bugünkü problemlərə görə üzr istəyirik - maraqlandığınız insanlarla əlaqə saxlamaq üçün xidmətlərimizə nə qədər etibar etdiyinizi bilirəm".

Xatırladaq ki, daha əvvəl dünyadakı, o cümlədən Azərbaycandakı bir sıra istifadəçi "Facebook", "İnstagram" sosial şəbəkələri və "WhatsApp" mesencerinin fəaliyyətinin bərpa olunduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.