Dünya

Almaniya Sosial Demokrat Partiyası parlament seçkilərində qalib gəlib

27 Sentyabr 2021 07:55
0 Şərh     Baxış: 756
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Almaniya Sosial Demokrat Partiyası ölkədə keçirilən parlament seçkilərində 25,7 faiz səs toplayaraq qalib gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Almaniyanın Federal Seçki Komissiyasının dərc etdiyi ilkin nəticələrdə deyilir.

Nəticələrə əsasən, ölkə parlamentində sayca ikinci ən böyük fraksiyanı Xristian Demokrat və Xristian Sosial Birliklər Bloku (24,1 faiz səs) formalaşdıracaq.

"Yaşıllar" partiyası 14,8 faiz səslə üçüncü yeri, Azad Demokratik Partiya 11,5 faiz səslə dördüncü yeri, "Almaniya üçün Alternativ" partiyası 10,3 faiz səslə beşinci tutublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.