Dünya

ABŞ Əfqanıstana humanitar yardıma icazə verdi

25 Sentyabr 2021 08:12
0 Şərh     Baxış: 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Xəzinə Nazirliyi Əfqanıstan xalqına mütəmadi yardım və ölkədəki əsas humanitar ehtiyacların təmin olunması üçün digər fəaliyyətlərin dəstəklənməsinə icazə verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Xəzinə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ sanksiyasının təsirinə məruz qalan bölgələrdə humanitar yardım və xidmətlərin təmin olunmasına icazə veriləcək:

"Xəzinə "Taliban"ı və digər sanksiyaya daxil olan qurumları, eləcə də, şəxsləri köməkdən məhrum edəcək.

Ancaq ABŞ Əfqanıstandakı mülki şəxslərin ABŞ hökuməti və beynəlxalq ictimaiyyətdən humanitar dəstək almaq qabiliyyətinin məhdudlaşdırılmamasını təmin etməyə qərarlıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.