Dünya

Britaniya karbon qazı çatışmazlığı ilə üzləşib

23 Sentyabr 2021 08:33
0 Şərh     Baxış: 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya səhiyyədən qida istehsalına qədər olan sahələri təhdid edən karbon qazı çatışmazlığı ilə üzləşir və problem digər Avropa ölkələrinə də yayılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə dünyanın ən böyük sənaye qazı tədarükçülərindən olan "Nippon Gases" xəbərdarlıq edir.

Ötən il "Nippon Gases" Avropada təxminən 1,5 milyard dollar dəyərində sənaye qazı satıb, cari il isə tədarüklər 50 faiz azalıb.

Digər ölkələrin sənaye nümayəndəliri təmsilində "American CF Industries Holdings" qazın qiymətinin artması səbəbiylə İngiltərədəki iki fabrikdə fəaliyyətini dayandırıb və İngiltərə səlahiyyətliləri fəaliyyətini davam etdirə bilməsi üçün şirkətə maliyyə yardımı etmək məcburiyyətində qalıblar. İngiltərə hökuməti "CF"ni yalnız bir neçə həftə dəstəkləyə biləcəyini və bunun ölkəyə "bəlkə də on milyon funta" başa gələcəyini bildirib.

Keçən həftə Norveç gübrə istehsalçısı "Yara International" yüksək qaz qiymətləri səbəbiylə Avropa zavodlarında ammonyak istehsalını təxminən 40 faiz azaldacağını elan edib.

Qeyd edilir ki, gübrə istehsalçılarından başqa qazın qiymətindəki sıçrayış elektrik təchizatçılarını da təsir edib və bu onlardan bəziləri artıq iflas ərəfəsindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.