Dünya

Ermənistan Azərbaycan və İran arasında qarşıdurma yaratmaqla məşğuldur - İranlı mənbə

22 Sentyabr 2021 10:58
Baxış: 1 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Azərbaycan və İran arasında aranı qızışdırmaq və qarşıdurma yaratmaqla məşğuldur.

Milli.Az bildirir ki, bunu Trend-ə məlumatlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, əslində İrandan məhsulların Ermənistana daşınması üçün Ermənistan öz ərazisində 25 kilometr yol çəkməli idi. Ermənistan yolun 20 kilometr hissəsini çəkib, 5 kilometri isə hələ də çəkməyib: "Bu yol vaxtında çəkilsəydi, yük avtomobilləri Azərbaycan ərazisinə daxil olmayacaqdı. Hazırda İranda bu barədə susurlar ki, Azərbaycanı günahlandırsınlar".

Mənbə qeyd edib ki, son vaxtlar Gorus-Qafan yolunun Azərbaycan hissəsində Azərbaycan tərəfinə müqavimət göstərən iki iranlı sürücü saxlanılıb: "İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu məsələ ilə bağlı Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb və hələlik hər hansı bir nəticə yoxdur".

Mənbə bildirib ki, Azərbaycan yol məsələsində öz qaydalarını tətbiq etməkdə haqlıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.