Dünya

Bayden BMT-nin koronavirusa dair virtual zirvəsini təşkil edir

18 Sentyabr 2021 08:43
0 Şərh     Baxış: 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Cozef Bayden 22 sentyabrda BMT Baş assambleyası çərçivəsində koronavirusla mübarizə mövzusunda virtual zirvə təşkil edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki açıqlama verib.

"Bu görüş "COVID-19" ilə mübarizədə ümumi səylərimizi genişləndirməyə və gücləndirməyə həsr olunmuşdur", - C.Psaki deyib.

O, ABŞ-ın sammit iştirakçılarından daha iddialı hədəflərə bağlılıqlarını bəyan etmələrini istəmək niyyətində olduqlarını vurğulayıb ki, bu da dünya əhalisinin peyvəndlə əhatə olunmasına aiddir.

Tədbirə tam olaraq kimin dəvət olunduğu açıqlanmır.

Daha əvvəl ABŞ-ın hər beş yüzüncü sakininin koronavirusdan öldüyü bildirilib. Müvafiq məlumatlar Hopkins Universiteti tərəfindən nəşr edilib. Universitetin məlumatına əsasən, 332 milyon sakin yaşayan ştatlarda 666,424 koronavirus infeksiyasından ölüm halı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.