Dünya

Qardaşımız düşməni xoflandırıb

17 Sentyabr 2021 10:30
2 Şərh     Baxış: 1 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyə,  Azərbaycan və Pakistan arasında keçirilən hərbi təlimlər dünya erməni lobbisinin ciddi narahatlığına səbəb olub. Bu məqsədlə dünya erməni lobbisi növbəti dəfə çirkin kampaniyaya start verib. Ənənəvi olaraq hədəfə alınan Türkiyə ilə yanaşı, bu dəfə Pakistana qarşı da kampaniyaya başlayıblar. Birləşmiş Ştatlarda fəaliyyət göstərən ermənilərin ən iri təşkilatı - ANCA Pakistanı hədəfə alıb. ABŞ rəhbərliyi qarşısında rəsmi İslamabadın cəzalandırılması məsələsini qaldırıb.

ANCA - Erməni Milli Komitəsinin yaydığı müraciətdə iddia edilib ki, bu təlimlər Ermənistana qarşı yönəlib. Konqresə müraciətlərində bildirirlər ki, Amerika erməniləri ilə yanaşı, ABŞ-ın hindli müttəfiqləri də onların çağırışına imza atıb. Tələb isə cəfəngiyyatı ilə seçilir - Pakistanı ABŞ-ın əsas müttəfiqləri siyahısından, NATO ilə əməkdaşlıqdan çıxarmaq və onu terrorizmi dəstəkləyən dövlətlərin siyahısına daxil etmək.

Ümid etmək olar ki, amerkalı qanunverici orqanında nə qədər erməni lobbisinin təsiri altında olan şəxslər olsa belə, bu müraciəti məlum yerə tullayacaqlar. ABŞ kimi bir dövlət terrora qarşı mübarizədə onunla illər uzunu çiyin-çiyinə dayanan və dəstəkləyən Pakistana qarşı hər hansı bir tədbirdə iştirak etməyib, etməz də.

Kamran Seyidov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.