Dünya

Daha bir ölkə sərhədlərini açdı

17 Sentyabr 2021 09:04
Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəyə girişinə icazə verəcək", -  deyə məlumatda bildirilir.

Qeyd edilir ki, əcnəbilər ölkəyə daxil olmaq üçün əvvəlcə peyvənd sertifikatlarını təsdiqlətməlidirlər.

Bundan əlavə, bütün ziyarətçilər beş günlük karantin rejiminə riayət etməlidirlər. 14 gün ərzində sağlamlıqları və harada olduqları barədə də məlumat verməlidirlər.

Eyni zamanda, peyvənd edilməyən çilililər hələ də yalnız xüsusi icazə ilə ölkəni tərk edə bilərlər.

Nazirlikdən bildirilib ki, yumşaldılma yoluxma sayının davamlı olaraq azalması ilə əlaqədardır.

Çilidə pandemiya başlayandan ölkədə 1,6 milyon insan koronavirusa yoluxub, onlardan 408-i son gündə olmaqla, 37 min xəstə dünyasını dəyişib. 19,6 milyon insanın yaşadığı ölkədə 13,3 milyon insan koronavirusa qarşı tam peyvənd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.