Dünya

Niderland Britaniyaya Aİ ilə təhlükəsizlik sahəsində razılaşma təklif edəcək

17 Sentyabr 2021 09:00
0 Şərh     Baxış: 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Niderlandın baş naziri Mark Rütte britaniyalı həmkarı Boris Consona Avropa İttifaqı ilə müdafiə və təhlükəsizlik sahəsində razılaşma imzalamağı təklif edəcək.

Trend-in məlumatına görə, bu barədə mənbələrə istinadən "The Times" qəzeti xəbər yayıb.

Mənbələrin sözlərinə görə, sözügedən razılaşma bu gün B.Conson və M.Rütte arasında keçiriləcək görüş zamanı təklif ediləcək:

"Avropalılar hesab edir ki, Böyük Britaniya hökuməti ABŞ ordusunun Əfqanıstandan çıxarılmasından sonra müdafiə və təhlükəsizlik sahəsində Aİ ilə əməkdaşlıq ideyasına daha açıqdır".

Qeyd edilir ki, Fransa və Almaniya sözügedən təşəbbüsü dəstəkləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.