Dünya

ABŞ-da atışma - polis öldü

8 Avqust 2021 12:51
0 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Çikaqo şəhərinin (İllinoys ştatı) Saut-Sayd rayonunda atışma nəticəsində polis əməkdaşı ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Chicago Tribune qəzeti hüquq-mühafizə orqanlarına istinadən bildirib.

Məlumata əsasən, daha bir polis əməkdaşının vəziyyəti kritikdir.

Hadisə yerli vaxtla saat 21:30-da 63-cü küçə yaxınlığında baş verib.

Şübhəli şəxs də yaralanaraq xəstəxanaya yerləşdirilib. Polis nümayəndəsi iki nəfərin saxlanıldığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.