Dünya

İran qonşu ölkələrə dostluq əlini uzadır - Rəisi

5 Avqust 2021 18:22
0 Şərh     Baxış: 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran regionun bütün ölkələrinə, xüsusilə qonşu ölkələrə dostluq və qardaşlıq əlini uzadır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bu gün İran parlamentində andiçmə mərasimində deyib.

İ.Rəisinin sözlərinə görə, İranın xarici siyasətinin ən önəmli və əsas prioriteti qonşu ölkələrlə münasibətləri yüksəltməkdir.

İran prezidenti deyib ki, İran qonşu ölkələri və xalqları öz yaxınları hesab edir: "Dünya dəyişməkdədir. Xalqların mənafeyini təmin etmək yeni dünyanı dərk etmək və strateji əməkdaşlığı tələb edir. Uğurlu xarici siyasət balanslı xarici siyasət olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.