Dünya

Paşinyan yeni hökumətini formalaşdırır - Altı nazir təyin edildi

3 Avqust 2021 13:54
Baxış: 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan prezidenti Armen Sarkisyan ölkədə altı nazir və baş nazirin müavininin təyinatı ilə bağlı sərəncamlar imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, baş nazirin müavini vəzifəsində Mger Qriqoryan qalıb.

Əvvəlki hökumətdən Vaan Kerobyan iqtisadiyyat naziri, Anait Avanesyan səhiyyə naziri vəzifələrini saxlayıb.

Sabiq ombudsmen Karen Andreasyan ədliyyə naziri, sabiq iqtisadiyyat naziri Tiqran Xaçatryan isə maliyyə naziri təyin olunub.

Qeyd edək ki, ötən gün A.Sarkisyan Nikol Paşinyanın baş nazir təyin olunması ilə bağlı sərəncam imzalamışdı. Eyni zamanda, Arşak Karapetyan müdafiə naziri təyin olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.