Dünya

ABŞ "Delta" ştammına görə karantin məhdudiyyətləri tətbiq etməyəcək

3 Avqust 2021 10:28
0 Şərh     Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ rəhbərliyi yeni "Delta" ştammına görə, ölkədə yenidən karantin məhdudiyyətləri tətbiq etmək niyyətində deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki mətbuat konfransında deyib.

O bildirib: "Yenidən iş sahələrində məhdudiyyətlər olmayacaq. İqtisadi sahədə çox irəliləmişik".

Ağ Evin sözcüsünə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın bu həftə xeyli sayda qonağın iştirakı ilə 60 yaşını qeyd etməyinə dair sual verilib. C.Psaki sualı cavablandıraraq deyib: "Əlbəttə ki, hər kəsə tibb mütəxəssislərinin tövsiyələrinə riayət etməyi məsləhət görürük. Bildiyimə görə, keçmiş prezident tibb işçilərinin tövsiyələrinə əməl edərək vaksinasiyanın güclü tərəfdarıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.