Dünya

SON DƏQİQƏ! Ankarada otel yanır - FOTO

31 İyul 2021 22:28
0 Şərh     Baxış: 2 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin paytaxtı Ankaranın Çankaya məhəlləsinin Maltepe rayonunda bir otelin damında yanğın başlayıb. 

Milli.Az demokrat.az-a istinadla xəbər verir ki, Qazi Mustafa Kamal (GMK) Bulvarında bir otelin damından alovlar qalxmağa başlayıb.

Məlumata görə, çox sayda yanğınsöndürən yanğına müdaxilə edərkən, polis ətraf ərazidə təhlükəsizlik tədbirləri gördü.

Bu vaxt otelin 7 -ci mərtəbəsində sıxışan Bilal Duran, yanğınsöndürənlər tərəfindən uzadılmış nərdivanla xilas edildi. Təcili yardım maşını ilə xəstəxanaya köçürülən Duranın vəziyyətinin yaxşı olduğu öyrənildi. 

Yanğın səbəbiylə GMK Bulvarı trafikə bağlanarkən, xilasetmə qruplarının müdaxiləsi davam edir. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.