Dünya

Berlində atışma olub, 4 nəfər yaralanıb

31 İyul 2021 07:15
0 Şərh     Baxış: 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən avtomobil dayanacaqlarından birində atışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, naməlum şəxs 4 nəfərə odlu silahdan atəş açıb. İnsident nəticəsində 1 qadın və 3 kişi yaralanıb.

Məlumata əsasən, yaralılar xəstəxanaya çatdırılıb. İnsidentin səbəbi məlum deyil.

Bildirilir ki, hazırda polis əməkdaşları atəş açan şəxsin axtarışı üzrə əməliyyat keçirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.