Dünya

İstanbulda meşə sahələrinə giriş qadağan edildi

30 İyul 2021 17:30
Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İzmir, Aydın, Kocaeli, Balıkesir, Çanaqqala, Qaziantep və Bursada ardıcıl baş verən meşə yanğınlarından sonra İstanbulda da meşə sahələrinə giriş qadağan edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İstanbul Valiliyi qərar qəbul edib.

Valiliyin məlumatında deyilir: "Meşə yanğınları ilə mübarizə çərçivəsində Qaziantep, Aydın, Çanakkale, İzmir, Kocaeli və Balıkesirdən sonra 30 iyul - 31 avqust tarixləri arasında meşələrə girmək, meşədə və ətrafında fasilə vermək və meşə sahələrində piknik etmək qadağandır".

Qeyd edək ki, son iki gün ərzində ölkənin cənub bölgələrində 63 yerdə meşə yanğını baş verib. Yanğınlar nəticəsində 4 nəfər həlak olub, 183 nəfər xəstəxanaya müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.