Dünya

İranda daha 259 nəfər koronavirusdan öldü

24 İyul 2021 17:18
0 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda ötən sutka ərzində 259 nəfər koronavirusdan (COVID-19) ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 88 532 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 18 632 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 664 286 nəfərə çatıb. Virus daşıyıcılarından 4 784 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 3 239 172 nəfər koronavirusdan sağalıb, 25,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 10 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 7,65 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,37 milyon təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.