Dünya

Moskvada da bomba həyəcanı

21 İyul 2021 15:25
Baxış: 494

Rusiyanın paytaxtı Moskvada 12 şəhər məhkəməsinə partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Moskva Şəhər Məhkəməsinin mətbuat katibi Valeri Lazarev açıqlama verib. Onun sözlərinə görə, məlumat daxil olduqdan sonra işçilər dərhal təxliyə edilib:

"Məhkəmələrdə xüsusi xidmət orqanları axtarış aparıb. Binalar xidməti itlər tərəfindən yoxlanılıb. Lakin heç bir partlayıcı qurğu aşkarlanmayıb", - deyə o, bildirib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.