Dünya

Sloveniyada 2020-ci ilin oktyabrından ilk dəfə son sutkada koronavirusdan ölüm halı qeydə alınmayıb

18 İyun 2021 08:28
Baxış: 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sloveniyada 2020-ci ilin oktyabr ayından ilk dəfə son sutka ərzində koronavirusdan ölüm hadisəsi qeydə alınmayıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Respublikanın Səhiyyə naziri Yanez Poklyukar deyib.

Səhiyyə naziri bildirib: "Son gün 9 sentyabr 2020-ci ildən sonra ilk dəfə gündəlik yoluxmuş xəstələrin sayı 100-dən aşağı düşüb - cəmi 83 hal. Bu gün, həmçinin, 10 oktyabr 2020-dən ildən indiyədək koronaviruslu xəstələr arasında ölüm qeyd etmədiyimiz ilk gündür".

Ümumilikdə pandemiya başlayandan Sloveniyada 250 288 yoluxmuş xəstə müəyyən edilib, pandemiya qurbanlarının sayı 4 409 nəfər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.