Dünya

"Rusiyanın ABŞ-dakı səfirinin məsələsi, şübhəsiz ki, hamını maraqlandırır"

17 İyun 2021 17:26
Baxış: 805
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya səfiri Anatoli Antonov gələn həftə Vaşinqtona qayıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında bildirib.

"Rusiyanın ABŞ-dakı səfirinin məsələsi, şübhəsiz ki, hamını maraqlandırır. Onun növbəti iş həftəsini Vaşinqtonda keçirəcəyini ehtimal edirik", - Rusiya XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Baydenin ABC telekanalına müsahibəsindən sonra Kreml və Ağ Ev arasında gərginlik yaranmış, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya-ABŞ münasibətlərinin analizi üçün mart ayında Moskvaya məsləhətləşməyə çağırılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.