Dünya

Çin "Şencjou" kosmik gəmisinin buraxılış tarixi açıqlanıb

16 İyun 2021 09:00
Baxış: 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin Milli kosmik idarəsi (CNSA) 17 iyun tarixində "Şencjou-12" kosmik gəmisini ÇXR-in orbital stansiyasına göndərməyi planlaşdırır.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ÇXR-nin Pilotlu kosmik uçuşların proqramı idarəsi məlumat verib.

"Buraxılışın 17 iyun yerli vaxtla saat 09:22-də (05:22, GMT+4) həyata keçirilməsi planlaşdırılır", - Pilotlu kosmik uçuşların proqramı idarəsinin rəhbəri köməkçisi Tzi Tzimin deyib.

Onun sözlərinə görə, missiyanın əsas məqsədi Yer orbitində yaradılan Çin kosmik stansiyasında sinaqların aparılması və stansiyaya xidmət göstərilməsidir.

Buraxılış Tzyusuan kosmodromundan həyata keçiriləcək. Gəmini orbitə çıxarmaq üçün "CZ-2F" raket daşıyıcısının istifadəsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.