Dünya

İsrail Qəzza zolağına aviazərbələr endirib

16 İyun 2021 08:33
Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Hərbi hava qüvvələri Qəzza zolağındakı qruplaşmaların mövqelərinə zərbələr endiriblər.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Dunya Al Watan" portalı məlumat verib.

Bombardmanın nəticələri barədə xəbər verilmir. İsrail ordusu məlumatı şərh etməyib.

Xatırladaq ki, 21 may tarixində İsrail və Fələstin qruplaşmaları arasında 11 gün davam edən qarşıdurmadan sonra atəşkəs qüvvəyə minib. Qəzza zolağının 256 sakini bu qarşıdurmanın qurbanı olub, təxminən 2 min nəfər yaralanıb. İsrail tərəfdən 13 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.