Dünya

Pakistanda vaksin vurdurmayanlarla bağlı yenilik - SIM-kartları bloklanacaq

14 İyun 2021 21:40
Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın ən sıx məskunlaşdırılmış vilayəti olan Pəncabda qeyri-adi qərar qəbul edilib. Yerli səhiyyə idarəsinin rəhbəri Yasmin Rəşidin başçılığı ilə keçirilən iclasda peyvənd olunmaqdan imtina edənlərin SIM-kartlarının bloklanması qərara alınıb.

Milli.Az xəbər verir ki, məlumatı "The Express Tribune" nəşri yayıb.

Y.Rəşidin sözlərinə görə, vaksinasiya üçün Pəncab əhalisinə müəyyən vaxt veriləcək və yalnız bu vaxtın tamamında müvafiq tədbir tətbiq olunacaq.

O, əlavə edib ki, vilayət rəhbərliyi koronavirusun yayılmasının qarşısını almaq üçün əlindən gələni edir. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.