Dünya

Yaponiya sahillərində iki ardıcıl zəlzələ olub

29 May 2021 08:23
Baxış: 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Xonsyu adasının sahillərində 5.3 bal gücündə zəlzələ olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri 919 min əhalisi olan Tiba şəhərindən 201 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Bildirilir ki, birinci təkanlardan bir qədər sonra 449 min əhalisi olan Utsunomiya şəhərindən 181 kilometr şərqdə ocağı 30 kilometr dərinlikdə yerləşən 5 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

İki halın heç birində sunami təhlükəsi elan edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.