Dünya

Səudiyyə Ərəbistanı və Rusiya yeni plan təsdiqlədilər

26 May 2021 09:15
Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanı və Rusiya elmi, texniki və iqtisadi əməkdaşlığın inkişafı üzrə yol xəritəsinin ikinci mərhələsi barədə razılığa gəliblər.

Trend TASS-a istinadən xəbər verir ki, sənəd 25 may tarixində videokonfransla keçirilən hökumətlərarası komissiyanın yeddinci iclasının nəticələri üzrə qəbul edilib.

Qəbul edilən sənəd 60 müxtəlif əməkdaşlıq sahəsi üzrə 50-dən çox layihəni əhatə edir ki, bu da 2023-cü ilə qədər davam edəcək yol xəritəsinin icrasının hazırkı mərhələsində mövcud olan proqramların sayını üç dəfə artırır. Əldə edilən razılaşma, 14 oktyabr 2019-cu il tarixində qəbul edilən yüksək səviyyəli Rusiya-Səudiyyə strateji əməkdaşlıq proqramının icrası çərçivəsində həyata keçiriləcək.

Görüşdə tərəflər səhiyyə, enerji, kosmik, sənaye və turizm daxil olmaqla 11 fərqli sahədə əlaqələrin inkişafını müzakirə ediblər.

Daha əvvəl Rusiya və Səudiyyə Ərəbistanının aralarındakı ticarət dövriyyəsini 2024-cü ilədək 5 milyard dollara qədər artırmağı hədəf götürdükləri açıqlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.