Dünya

Gürcüstanda zəlzələ olub

25 May 2021 07:45
Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın şimalında 4,8 bal gücündə zəlzələ olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa-Aralıq Seysmologiya mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Rusiyanın Vladikavkaz şəhərindən təqribən 67 km cənub-şərqdə yerləşib. Təkanların ocağı isə 12 km dərinlikdə olub.

Sosial şəbəkələrdə yeraltı təkanların Tbilisidə və Rusiya Federasiyasının subyektləri - Çeçenistan, Dağıstan, İnquşetiya, Şimali Osetiya ərazisində də hiss olunduğu yazılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.