Dünya

Çində zəlzələ: 3 ölü

22 May 2021 08:50
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Yunnan əyalətində ötən gün baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 3 nəfərə, xəsarət alanların sayı isə 27 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, iki nəfər Yanbi-İysk muxtar rayonunda, 1 nəfər isə Yunpin rayonunda həlak olub. Daha əvvəl 1 nəfərin öldüyü, 21 nəfərin xəsarət aldığı bildirilirdi.

Xatırladaq ki, Yanbi-İysk muxtar rayonunda ilk zəlzələ ötən gün Bakı vaxtı ilə saat 16:56-da qeydə alınıb. Təxminən 1,5 saat ərzində 2,8-6,4 bal səviyyəsində ardıcıl 20 zəlzələ baş verib.

Zəlzələlər nəticəsində 72,3 min nəfərə maddi, 12,9 min bina, ev və digər tikililərə ziyan dəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.