Dünya

ABŞ Yaxın Şərqdə münaqişəsinin iştirakçıları ilə danışıqlarına davam edəcək - Co Bayden

17 May 2021 08:28
Baxış: 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ hakimiyyəti İsrail, Fələstin və bölgədəki tərəfdaşları ilə Yaxın Şərq münaqişəsini həll etmək üçün danışıqlara davam edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Co Bayden Ramazan bayramı münasibətilə Ağ Ev tərəfindən yayımlanan video çıxışında deyib.

Dövlət başçısı qeyd edib: "Administrasiyam sabit sakitlik dövrü əldə etmək üçün fələstinlilər, israillilər və digər regional tərəfdaşlarla əlaqə qurmağa davam etmək niyyətindədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.