Dünya

İsrail polisi ilə toqquşmalarda 610-dan çox fələstinli yaralanıb

11 May 2021 09:36
Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şərqi Qüdsdə İsrail hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalarda yaralanan fələstinlilərin sayı 612 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Al-Quds qəzeti Fələstin Qızıl Aypara cəmiyyətinin nümayəndəsinə istinadən bildirib.

Bildirilib ki, gün ərzində Qüdsün Məbəd Dağı və Köhnə şəhər ərazisində ən az 612 fələstinli yaralanıb.

Qeyd edək ki, qəzetin axşam saatlarında verdiyi məlumata görə, İsrail hüquq-mühafizə orqanları əl-Əqsa məscidində ibadət edənləri zorla qovub. Məlumata əsasən, İsrail polisi onları gözyaşardıcı qaz, rezin güllələr və səs bombası istifadə edərək zorla Əl-Əqsən məscidini tərk etməyə məcbur edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.