Dünya

Hindistanda xəstəxada yanğın baş verib, ölənlər var

28 Aprel 2021 09:00
Baxış: 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Maharaştra ştatının Mumbra şəhərindəki özəl xəstəxanada baş verən yanğın nəticəsində ən az dörd xəstə öldü və bir neçə nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə NDTV televiziya kanalı xəbər verib.

Bildirilib ki, 20 xəstə təxliyyə edilib, onlardan altı nəfər intensiv terapiya şöbəsində olub. Telekanalın verdiyi məlumata görə, onlar arasında koronavirusa yoluxan şəxs olmayıb.

Hadisə yerinə üç yanğınsöndürən maşın və beş təcili yardım maşını göndərilib, yanğın söndürülüb.

Yanğının səbəbi hələ ki məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.