Dünya

ABŞ-ın İraqdakı hərbi düşərgəsi yaxınlığında bir neçə raket partlayıb

23 Aprel 2021 07:55
Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraqın paytaxtı Bağdad beynəlxalq hava limanı yaxınlığında raket zərbəsi endirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Livanın "Al Mayadeen" televiziya stansiyasının Telegram kanalında bildirilib.

Məlumata əsasən, burada ABŞ ordusunun olduğu Viktoria düşərgəsi yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib

Reuters agentliyi xəbər verir ki, Bağdad hava limanının yaxınlığında ən az üç raket düşüb. İndiyədək heç bir radikal təşkilat bu hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.