Dünya

İranda koronavirusdan gündəlik ölüm sayı sürətlə artır

22 Aprel 2021 16:39
Baxış: 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda ötən sutka ərzində 453 nəfər koronavirusdan (COVID-19) ölüb, ötən gün bu rəqəm 388 idi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 68 366 nəfərə yüksəlib.

Ötən 24 saat ərzində ölkədə 24 092 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 2 335 905 nəfərə çatıb. Virus daşıyıcılarından 5 038 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 1 837 590 nəfər koronavirusdan sağalıb, 14,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 667 min vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 519 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 148 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 301 rayon qırmızı və 95 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 45 rayon sarı, 7 rayon isə mavi zona hesab olunur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.