Dünya

2021-ci ilin ən yaxşı avtomovbili açıqlanıb

21 Aprel 2021 14:19
Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Volkswagen ID.4" hetçbek tipli elektrik avtomobili 2021-ci ilin ən yaxşı avtomobili hesab olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin avtomobil "World Car Awards" mükafatına layiq görülüb.

"Toyota Yaris" ikinci, "Honda E" elektromobili üçüncü yerdə qərarlaşıb.

Eyni zamanda "Honda E" "Ən yaxşı şəhər avtomobili", "Porsche 911 Turbo" "Ən məhsuldar avtomobil", "Mercedes-Benz S-Class" "Ən dəbdəbəli avtomobil" kateqoriyalarında qalib gəlib. "Land Rover Defender" ən yaxşı dizaynlı avtomobil hesab olunub.

Qeyd edək ki, 2020-ci ildə ən yaxşı avtomobil adını "Kia Telluride" qazanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.