Dünya

Rusiyada evdə qaz partlaması nəticəsində 8 nəfər yaralanıb

20 Aprel 2021 07:55
Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyasının Nijni Novqorod vilayətinin Marquşa kəndində yaşayış binasında baş verən partlayış nəticəsində dörd yetkin və dörd uşaq yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə regionun qubernator müavini və regional Səhiyyə Nazirliyinin başçısı David Malik-Hüseynov bildirib.

O qeyd edib: "Dörd yetkin xəsarət alıb, vəziyyətləri orta ağırdır. Həmçinin, ilkin məlumatlara görə, dörd uşaq yaralanıb". Onu sözlərinə görə, son dərəcə ağır və ağır yaralanan yoxdur.

Qeyd edək ki, üç mərtəbəli yaşayış binasında qaz partlayışı baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bina konstruksiyaları çöküb, sonra isə yanğın baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.