Dünya

İran parlamenti işini 2 həftəlik dayandırır

19 Aprel 2021 17:26
Baxış: 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran parlamenti koronavirusla əlaqədar protokolların icra edilməsi məqsədilə şənbə günündən (21 aprel) başlayaraq 2 həftə müddətinə plenar iclas keçirməyəcək.

Trend-in məlumatına görə, bunu İran parlamentinin rəyasət heyətinin üzvü Əhməd Əmirabadi Fərahani deyib.

Ə.Əmirabadi Fərahaninin sözlərinə görə, qaydaya əsasən Novruz bayramından sonra parlament 4 həftə müddətinə plenar iclas təşkil etməli idi. Növbəti həftədə isə deputatlar təmsil etdikləri bölgələrə getməli idilər. Lakin Tehranda və bir çox şəhərdə vəziyyət təhlükəli səviyyəyə yüksəlib.

O əlavə edib ki, parlamentin rəyasət heyətinin qərarına əsasən deputatlar 2 həftə müddətinə təmsil etdikləri bölgələrə gedəcək. Deputatlar bölgələrdə vətəndaşları ictimai toplantıların təşkil olunmamasına dəvət edəcək və onların problemlərini mümkün qədər distant şəkildə həll edəcəklər.

Qeyd edək ki, bu günədək (19 aprel) İranda koronavirusa 2 261 435 nəfər yoluxub, 67 130 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.