Dünya

“Puşkin rus deyildi, çünki...” – Poznerdən qalmaqallı iddia

18 Aprel 2021 19:11
Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı teleaparıcı Vladimir Pozner Aleksandr Puşkinin rus şairi olmadığını iddia edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, jurnalist Puşkinin "Yevgeni Onegin", "Boris Qodunov" kimi, digər əsərlərinə də heyran olduğunu bildirib.

Bununla belə, Pozner özünü də rus hesab etsə də, Puşkini qeyri-rus şairi hesab etdiyini bildirib.

"Puşkin işıqlıdır, hər sözü ilə gülümsəyir. Məsələn, Lermontov - əladır, amma işıqlı deyil. Amma Puşkin həyatdan ləzzət alır, sanki əbədi rus melanxoliyasına qarşı peyvənddir var və bu, oxucuya təsir edir", - jurnalist vurğulayıb.

O, Rusiya ədəbiyyatında Puşkindən əvvəl canlı ədəbi dilin olmadığını söyləyib.

Pozner Puşkinin "rus olmaması"nı onun poztivi əhval-ruhiyyədə yazması ilə əlaqələndirib. O hesab edir ki, poztivlik Rusiya insanı üçün qeyri-adi bir şeydir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.