Dünya

İranda koronavirusa yoluxanların sayı 2,2 milyona çatıb

18 Aprel 2021 15:41
Baxış: 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda ötən sutka ərzində 405 nəfər koronavirusdan (COVID-19) ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 66 732 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 21 644 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 2 237 089 nəfərə çatıb. Virus daşıyıcılarından 4 766 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 1 785 358 nəfər koronavirusdan sağalıb, 14,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 516 min koronavirusa qarşı vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 389 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 127 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 257 rayon qırmızı və 129 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 51 rayon sarı, 11 rayon isə mavi zona hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.