Dünya

Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb

18 Aprel 2021 09:37
Baxış: 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 288 nəfər dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 35 608 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 62 606 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 212 645 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 52 184 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 643 734 nəfər təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.