Dünya

Israil HƏMAS-ın mövqelərini vurdu

17 Aprel 2021 12:04
Baxış: 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail hərbi hava qüvvələri Qəzza zolağından raket hücumuna cavab olaraq HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti açıqlama yayıb.

"Qəzza zolağından İsrailə edilən raketə hücumuna cavab olaraq İsrail ordusunun qırıcıları və hücum helikopterləri HƏMAS təlim mərkəzi və inşası davam edən bir zenit raket sistemi üçün nəzərdə tutulmuş post da daxil olmaqla Qəzza zolağında qruplaşmaya aid hərbi hədəflərə zərbələr endirib",-deyə açıqlamada qeyd olunub.

Daha əvvəl İsrail ordusunun mətbuat xidməti Qəzza zolağından İsrail ərazisinə raket atıldığını bildirmişdi. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.