Dünya

ABŞ Rusiyanı belə izləyəcək: müqavilə imzalandı

17 Aprel 2021 09:49
Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Rusiyanı izləmək üçün Norveçdə infrastruktur quracaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Norveç müdafiə naziri Frank Bakke-Jensen çıxış edib.

Onun sözlərinə görə, tərəflər artıq müvafiq razılaşma imzalayıblar. Müqavilənin şərtlərinə əsasən, Vaşinqton üç aerodromdan və bir dəniz bazasından istifadə edə bilər, həmçinin ABŞ və NATO-nun sualtı qayıq əleyhinə patrul təyyarələri üçün bir anqar və "Ramsund" bazasında yanacaq təchizatı sistemi quracaq

Beləliklə, ABŞ Şimali Donanması Rusiya sualtı qayıqlarını izləmək niyyətindədir. Norveçin 2022-ci ilə qədər "Boinq" tərəfindən inşa edilən 5 "P-8A Poseydon" sualtı qayıq əleyhinə təyyarə alacağı gözlənilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.