Dünya

İran ilə Rusiya arasında 60 milyon doza "Sputnik V" peyvəndinin alınması haqqında müqavilə imzalanıb

16 Aprel 2021 20:50
Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran ilə Rusiya arasında 60 milyon doza "Sputnik V" peyvəndinin alınması haqqında müqavilə imzalanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı İranın Rusiyadakı səfiri Kazım Cəlali jurnalistlərə deyib. O bildirib ki, müqavilə İranın Səhiyyə Nazirliyi ilə Rusiyanın İnvestisiya Fondu arasında imzalanıb. Müqaviləyə əsasən Rusiya 60 milyon doza peyvəndi may ayından başlayaraq noyabra kimi hissə-hissə İrana göndərəcək. Diplomatın sözlərinə görə İran ilə Rusiya birlikdə peyvənd istehsalı barədə də razılıq əldə ediblər.

Qeyd edək ki, İran Qərb dövlətlərindən peyvənd almaqdan imtina edərək Rusiya və Çindən peyvənd əldə etməyə üstünlük verib.

Bu arada İranda COVID-19-un dördüncü dalğası başlayıb. Bununla əlaqədar olaraq sərhədlər tamam bağlanıb və ölkə daxilində bir sıra məhdudiyyətlər tətbiq edilib.

Səhiyyə Nazirliyinin açıqlamasına əsasən bu gün (aprelin 16) İranda 25 min 261 nəfər virusa yoluxub, 328 nəfər isə ölüb. Hazırda İranda qeydə alınan xəstə sayı 2 milyon 194 min 133 nəfərə çatıb. Bununla yanaşı 1 milyon 761 min 497 xəstə sağalıb. Ümumilikdə İranda 66 min 8 nəfər virusa yoluxaraq həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.